Rusiyada gündəlik yoluxma 28 mini ötdü

Rusiyada gündəlik yoluxma 28 mini ötdü
  03 Dekabr 2020    Oxunub:1650
Rusiyada son sutka ərzində koronavirusa 28 145 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 375 546 nəfərə çatıb.

Rusiyada son sutkada 554 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 41 607 nəfərdir. İndiyədək 1 859 851 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti