ATƏT sədri Qarabağda döyüşlərin dayandırılmasını alqışlayıb

 ATƏT sədri Qarabağda döyüşlərin dayandırılmasını alqışlayıb
  03 Dekabr 2020    Oxunub:1410
"ATƏT-in Minsk Qrupu həmsədrlərinə tam dəstəyimi ifadə etmək istəyirəm".
Azvision.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri Edi Rama təşkilatın Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.

“Xoşbəxtlikdən Dağlıq Qarabağda hərbi əməliyyatlar başa çatıb. İndi razılaşmaları yerinə yetirmə vaxtıdır. Münaqişənin uzunmüddətli və hərtərəfli həllinə nail olmaq üçün əsaslı danışıqlar davam etdirilməlidir", - deyə ATƏT sədri bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: EdiRama  





Xəbər lenti