ATƏT-in yeni baş katibi məlum oldu - FOTO

  03 Dekabr 2020    Oxunub : 1892
 ATƏT-in yeni baş katibi məlum oldu -  FOTO
ATƏT-in baş katibi Tomas Qremingeri almaniyalı diplomat Helqa Şmidt əvəz edəcək.
Azvision.az xəbər verir ki, onun təyinatına dair qərar ATƏT ölkələri Nazirlər Şurasının videokonfrans formatında keçirilən iclasında qəbul edilib.

Qremingerin səlahiyyətləri iyul ayında bitib, o vaxtdan bəri təşkilatın rəsmi olaraq bu vəzifədə nümayəndəsi olmayıb.

Qeyd edək ki, 59 yaşlı Helqa Şmidt 2016-cı ildən Avropa Xidmətinin beynəlxalq İşlər üzrə baş katibidir. Bundan əvvəl o, İranın nüvə məsələsi ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının (JPSA) hazırlanması üzrə danışıqlarda fəal iştirak edib.





Pərvanə Sultanova
Azvision.az

Teqlər: ATƏT-inbaşkatibi