“Qarabağ bəyanatının icrasına töhfə verməyə hazırıq” - Cozef Borel

“Qarabağ bəyanatının icrasına töhfə verməyə hazırıq” -  Cozef Borel
  03 Dekabr 2020    Oxunub:1946
Avropa İttifaqının Xarici İşlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borell Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Aİ rəsmisi ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

O, 10 noyabr razılaşmasının hərtərəfli həll yolu üçün ilk addım olacağına ümid edir: "Avropa İttifaqı münaqişənin həlli üçün mövcud olan ATƏT-in Minsk qrupu formatını dəstəkləyir. Cənubi Qafqazda sabitlik və əmin-amanlıq üçün Qarabağ bəyanatının bəndlərinin həyata keçirilməsinə töhfə verməyə hazırıq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CozefBorel  





Xəbər lenti