“Razılaşma Ermənistanla münasibətlərə müsbət təsir edə bilər” - Çavuşoğlu

“Razılaşma Ermənistanla münasibətlərə müsbət təsir edə bilər” -  Çavuşoğlu
  03 Dekabr 2020    Oxunub:2559
Son hadisələr göstərdi ki, Azərbaycan ərazilərinin işğalı əbədi davam edə bilməz.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT Nazirlər Şurasının 27-ci iclasında çıxışında deyib.

O bildirib ki, Türkiyə hər zaman beynəlxalq hüququn tərəfində olub: "ATƏT-in Minsk qrupuna üzv dövlət olaraq münaqişənin qalıcı həlli üçün hər zaman səy göstərməyə hazırıq. Həmişə demişik ki, münaqişənin həlli beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in prinsiplərinə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə əsaslanmalıdır".

XİN rəhbəri Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı 30 ildən sonra sülh üçün real şans adlandırıb.

"Bu fakt regional sabitlik, xüsusən Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərə bilər. Biz ATƏT-in Minsk qrupunun digər üzv ölkələrini, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərini həll yoluna xələl gətirə biləcək siyasi motivli hərəkətlərdən çəkinməyə çağırırıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağrazılaşması  





Xəbər lenti