İranda yoluxma sayı 1 milyonu ötdü

İranda yoluxma sayı 1 milyonu ötdü
  03 Dekabr 2020    Oxunub:1952
İranda son sutka ərzində 13 min 922 nəfər koronavirusa yoluxub, 358 pasiyent həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkə üzrə yoluxma sayı 1,3 milyona, pandemiya qurbanlarının sayı isə 49 min 348 nəfərə çatıb. Bu günədək 699 min 315 xəstə sağalaraq evə buraxılıb. Hazırda 6 minə yaxın pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti