Eksternat imtahanlarına onlayn sənəd qəbulu davam edir

Eksternat imtahanlarına onlayn sənəd qəbulu davam edir
  03 Dekabr 2020    Oxunub:2725
Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara onlayn sənəd qəbulu davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, onlayn sənəd qəbulu dekabrın 18-dək həyata keçiriləcək. İmtahanlarda iştirak etmək istəyən şəxslər müvafiq sənədləri [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Bakı şəhəri üzrə eksternat qaydasında aralıq imtahanları 2020-ci il dekabrın 28-dən 2021-ci il yanvarın 16-dək paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Xatırladaq ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verməklə müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanan şəxslərin ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ olacaq.

Azvision.az


Teqlər: Bakı   Təhsil  





Xəbər lenti