"ATƏT-dən daha böyük dəstək gözləyirik" - Lavrov

 "ATƏT-dən daha böyük dəstək gözləyirik" -  Lavrov
  03 Dekabr 2020    Oxunub:1798
Rusiya ATƏT ölkələrindən Dağlıq Qarabağdakı tənzimləmə üçün daha böyük dəstək gözləyir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici İşlər naziri Sergey Lavrov ATƏT Nazirlər Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, təşkilatın münaqişələrin həllində potensialına tələb qalmaqdadır.

“ATƏT məkanında böhran vəziyyətlərinin həlli ilə bağlı əldə edilmiş razılaşmalar iştirakçı dövlətlərdən daha çox dəstək almalıdır, bu da onların həyata keçirilməsinə kömək edəcək. Hərtərəfli kömək göstərməyə davam edəcəyimiz Dağlıq Qarabağdakı nizamlama ilə bağlı bunu gözləyirik. ATƏT-in Minsk qrupunun üç həmsədri arasındakı əməkdaşlığı yüksək qiymətləndiririk", - Lavrov əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: DağlıqQarabağ   Lavrov   ATƏT  





Xəbər lenti