Erməni spikerin paylaşımı qıcıq doğurdu

Erməni spikerin paylaşımı qıcıq doğurdu
  04 Dekabr 2020    Oxunub:1774
Bir müddət əvvəl etirazçılar tərəfindən döyülən Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın yazıq görkəmdə fotosunu paylaşması narazılığa səbəb olub.
Azvision.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində onun xəsarət alan gözündən çox xalqın əl-ayağını itirən övladlarının bədəninin vacib olduğu yazılır. Ermənilər əlil qalan əsgərlər ilə Mirzoyanın fotosunu kollaj halına salaraq “kaş onların da gözünün altı qaralardı, amma sizə görə ayaqlarını itirməzdilər” deyə etirazlarını bildirirlər.

Siyasi fəal Zöhrab Yeganyan fotokollajı paylaşaraq deyib: “Millətin minlərlə qurban və şikəst qalan övladlarının olduğu bir vaxtda spikerə yazığınızın gəlməsini istəyirsiniz? Kaş hamınızın gözü zədələnərdi. Həmin gün baş verənlər arzuolunan hadisələr deyildi. Amma məsələnin dərinliyinə getməyin, “ürəkağrıdan” və axmaq şeylər yazmayın. Biz Qarabağı itirmişik, minlərlə insan itirdik, kiminsə döyülməsi bunun qarşısında ciddi bir məsələ deyil. Sağ qalması böyük şeydir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mirozyan   Spiker   Döyülmək  





Xəbər lenti