Ermənistanın yeni XİN rəhbəri Rusiyaya gedir

 Ermənistanın yeni XİN rəhbəri Rusiyaya gedir
  03 Dekabr 2020    Oxunub:1942
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan dekabrın 7-də Moskvaya işgüzar səfər edəcək.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Ümid edirik ki, Moskvada keçiriləcək danışıqlar ikitərəfli müttəfiqlik əlaqələrinin daha da inkişafına, Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək", - Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Lavrov və Ayvazyan beynəlxalq və regional məsələləri, ikitərəfli əlaqələrin bütün spektrini müzakirə edəcəklər,

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli bəyanatının icrasına, humanitar yardım göstərilməsinə, nəqliyyat dəhlizlərinin blokdan çıxarılmasına xüsusi diqqət yetiriləcəkdir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Nazir   Rusiya   Səfər  





Xəbər lenti