“Dağlıq Qarabağda əsas humanitar məsələlər həll olunub” - Zaxarova

“Dağlıq Qarabağda əsas humanitar məsələlər həll olunub” -  Zaxarova
  03 Dekabr 2020    Oxunub:2061
Dağlıq Qarabağda atəşkəsin pozulması halları qeydə alınmayıb.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini və atəşkəsə riayət olunmasına nəzarət etməyə davam edirlər:

“Sülhməramlılar qaçqınların təhlükəsiz geri dönüşü və mülki nəqliyyat vasitələrinin hərəkətinin bərpasını təmin edir, əraziləri minalardan təmizləyirlər”.

Zaxarova itkin düşən hərbçilərin axtarışı və cəsədlərin dəyişdirilməsi prosesinin də sülhməramlıların nəzarətində olduğunu deyib. XİN rəsmisi bildirib ki, onlar müasir texniki vasitələrlə axtarışları davam etdirirlər: "Dağlıq Qarabağda əsas humanitar məsələlər həll olunub. Azərbaycan və erməni tərəfinin strukturları ilə daim təmaslar aparılır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti