Paşinyanın arvadının əsgər yasında çəkilən fotoları qalmaqal yaratdı

 Paşinyanın arvadının əsgər yasında çəkilən fotoları qalmaqal yaratdı
  03 Dekabr 2020    Oxunub:11007
Bu gün Ermənistan mətbuatı və sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri baş nazir Nikol Paşinyanın həyat yoldaşının xoşagəlməz davranışları olub.
Azvision.az xəbər verir ki, ölkənin tanınmış ictimai-siyasi fəalları Paşinyanın həyat yoldaşı Anna Akopyanı ölən əsgərlərin ailələrinə hörmətsizlikdə ittiham ediblər. Buna səbəb Annanın ağlayan əsgər anasının yanında gülümsəyərək oturması və yas mərasiminə toya gedirmiş kimi bəzənib, ağ geyimdə gəlməsidir.

İrina Danielyan yas məclisində çəkilən qalmaqallı fotonu paylaşaraq yazıb: “Bu qadının həyasızlığının həddi-hüdudu yoxdur. Fotoda nəyə görə sevindiyini, niyə belə geyindiyini bilirmi? Toyla yası qarışıq salıb. Əlləri oğlanlarımızın qanına batan biri ölmüş əsgərin evinə getməkdən niyə zövq alır? Digər şəkillərə baxa bilmədim. Bəli, getməsin o evlərə. Ona baş nazirin arvadı olduğunu söyləyin, özünü qaraçı kimi aparmasın”.



Digər ictimai fəal Marina Manuçaryan isə qeyd edib: “Anna Akopyan minlərlə oğlanın qanında dəfn edilib. Onun komanda məntəqəsinin olduğu bunkerdə keçirdiyi hər saniyə bir əsgərimizin həyatı bahasına başa gəldi. Hər bir müdaxiləsi, əmri əsgərin həyatına son qoydu. Onun Xankəndi ətrafında olan hər bir hərəkəti neçə insanın həyatı bahasına başa gəldi. Və bu gün mələk maskası ilə ölmüş əsgərlərin ailələrinə narahatlıq yaratmasın”.



Tural Tağıyev
Azvision.az


Teqlər: Anna-Akopyan   Əsgər-yası   İctimai-fəal   Narazılıq  





Xəbər lenti