“Qarabağ” və “Makkabi”nin start heyəti açıqlandı

 “Qarabağ” və “Makkabi”nin start heyəti açıqlandı
  04 Dekabr 2020    Oxunub:1689
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” klubu İsrailin “Makkabi” komandası ilə qarşılaşacaq.
Azvision.az xəbər verir ki, "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Kevin Medina, Elvin Cəfərquliyev, Vild-Donald Gerye, Uroş Matiç, İsmayıl İbrahimli, Filip Ozobiç, Ovusu Kvabena, Xayme Romero və Abdullah Zubir yer alıblar.

“Makkabi”nin ilk onbirliyində isə meydana Daniel Tenenbaum, Maor Kandil, Eytan Tibi, Şeran Yeni, Enrik Saborit, Ofir Davidzade, Eyal Qolasa, Dor Perec, Dan Qlazer, Yonaran Koen və Etey Şaxtor çıxacaqlar.

Qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadasına həvalə edilib. Oyunun baş hakimi Referi Robert Hennessi olacaq. Ona həmyerliləri Allen Linç və Emmet Dinan köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Pol Maklaflin yerinə yetirəcək.

Azvision.az


Teqlər: Qarabağ   Makkabi  





Xəbər lenti