Azvision.az xəbər verir ki, MSK-nın son qərarına əsasən, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyası seçkilərdə 48,22 faiz səs toplayıb. Bununla hakim partiya 10-cu çağırış Gürcüstan parlamentində proporsional sistem üzrə 60, majoritar sistem üzrə isə 30 olmaqla ümumilikdə 90 deputat mandatı əldə edib.
Qeyd edək ki, seçkilərdə mübarizə aparan 8 siyasi müxalifət partiyası parlamentdə 60 yer qazanıb. Onların sırasında ən çox yeri (36 mandat) Vahid Milli Hərəkat-Güc Birlikdədir bloku əldə edib.
Azvision.az
Teqlər:
Gürcüstan
MSK
Seçki