Ərdoğan Ruhani ilə Qarabağdan danışdı: “Yeni mərhələyə qədəm qoyulub”

 Ərdoğan Ruhani ilə Qarabağdan danışdı:  “Yeni mərhələyə qədəm qoyulub”
  04 Dekabr 2020    Oxunub:5028
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Prezidentlər ikitərəfli münasibətlər, regional proseslər daxil olmaqla Dağlıq Qarabağ məsələsini də müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin artıq yeni bir mərhələyə qədəm qoyduğunu və bu dövrdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə kölgə sala biləcək hər yönlü məqamlardan qaçmağın önəmli olduğunu bildirib.

Türkiyə lideri, həmçinin davamlı sülhün və sabitliyin təsis olunmasının yeni fürsətlər imkanı açacağını, yeni mühitin Ermənistan da daxil olmaqla bütün bölgə ölkələri üçün faydalı olacağını qeyd edib.

Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti