Dünyada yoluxma sayı 65 milyonu ötdü

 Dünyada yoluxma sayı 65 milyonu ötdü
  04 Dekabr 2020    Oxunub:1313
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 65 milyon 536 min 40 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 511 min 915 nəfərdir. İndiyədək 45 milyon 376 min 605 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti