BQXK-dan əsirlərin mübadiləsi ilə bağlı açıqlama

BQXK-dan əsirlərin mübadiləsi ilə bağlı açıqlama
  04 Dekabr 2020    Oxunub:1535
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) bitərəf vasitəçi olaraq Qarabağ münaqişəsi tərəflərinin əsirlərin mübadiləsi öhdəliyini yerinə yetirməyə hazır olduqları barədə bəyanatı alqışlayır.

Azvision.az xəbər verir ki, bu barədə BQXK-nin Ermənistan nümayəndəliyinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni deyib.
O bildirib ki, prosesin təşkilində kömək etməyə hazırdırlar: “Konkret addımlarla bağlı istənilən müzakirə məxfi xarakter daşıyır. BQXK əməkdaşları mütəmadi olaraq hərbi əsirləri və girov götürülmüş mülki şəxsləri ziyarət etməyə davam edir. Təşkilat səlahiyyətləri çərçivəsində bu şəxslərin yaxınları ilə əlaqə saxlayır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BQXK   Əsir  





Xəbər lenti