“Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir

“Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” -  Səfir
  04 Dekabr 2020    Oxunub:2284
Fransa hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımır.
Azvision.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross "Tvitter" hesabında yazıb.

Diplomat bildirib: “Düşünürəm ki, bir məsələ hamıya çox aydın olmalıdır: Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır, Qarabağın müstəqilliyini tanımır”.

Qeyd edək ki, Fransa Milli Assambleyası “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qərəzli qətnamə qəbul edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ZakariQross  





Xəbər lenti