Vüsal Qasımlı yeni iqtisadi perspektivlərdən danışdı

Vüsal Qasımlı yeni iqtisadi perspektivlərdən danışdı
  04 Dekabr 2020    Oxunub:1888
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK-Azərbaycan”) üzvlərinin ümumi yığıncağında çıxış edib. V.Qasımlı iş adamlarının toplantasında Azərbaycandakı yeni iqtisadi perspektivlərdən danışıb.
İİTKM-nin Kommunikasiya Departamentindən AZƏRTAC-a bildirilib ki, V.Qasımlı ilk öncə Azərbaycanın bu ilin sentyabr ayının 27-dən başlayaraq həyata keçirdiyi əks-hücum əməliyyatları və müzəffər ordunun əldə etdiyi qələbə barədə məlumatları toplantı iştirakçılarının diqqətinə təqdim edib. Bildirib ki, hazırda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu strategiyası həyata keçirilir. Bu inkişaf strategiyası işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcək.

İcraçı direktor bildirib ki, Qarabağın inkişaf strategiyasına uyğun olaraq, dövlət sərmayələri ilə yanaşı dövlət-özəl əməkdaşlığı formatından istifadə oluna bilər. Həmçinin Qarabağa yerli və xarici özəl sərmayələr, kreditlər, qrantlar, texniki yardım, kraudfandinq, kraudinvestinq, vençur kapitalı, mələk və toxum investisiyaları cəlb olunacaq. Qarabağda investorları cəlb edə biləcək strateji aktivlər, zəngin resurslar və xarici bazarlara çıxış imkanları var.

Onlayn keçirilən tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq, “AHK Azərbaycan”ın icraçı direktoru Tobias Baumann, “AHK Azərbaycan”ın idarə heyətinin üzvü Fərid İsayev də çıxışlar ediblər. Qeyd edək ki, onlayn görüşdə AHK-nın 70-dən çox üzvü iştirak edib.

Azvision.az


Teqlər: VüsalQasımlı  





Xəbər lenti