Ermənistan MTX-da parçalanma: Vəzifəli şəxslər istefa verir
“Hörmətli həmkarlar, sizə bildirmək istəyirəm ki, öz ərizəmə əsasən Milli Təhlükəsizlik Xidmətindəki vəzifəmdən istefa etdim. Təxminən 13 il əvvəl bu çətin, lakin şərəfli yolu seçməyim vətənimizi daha təhlükəsiz və daha güclü görmək arzusuna əsaslanırdı və bu xəyala çatmaq üçün səylərimi əsirgəməyəcəyimə dair söz verdim. Bütün rəhbər və həmkarlarıma bu illər ərzində birgə xidmətlərinə görə minnətdaram.
Ölkəmizin baş nazirinin səriştəsiz rəhbərliyi nəticəsində cəmiyyətimiz son dərəcə parçalandı, torpaqların bir hissəsini, heç vaxt məğlub olmamış bir nəsli itirdik.
Bu gün dövlət başçısının siyasi səriştəsizliyi görünür. O, hər zamankından daha çox vətənimizin qarşılaşdığı bir çox problemin həllində dağıdıcı mövqedədir. Bu problemlərdən ən aktualı əlbəttə ki, itkin düşən və əsirlərlə bağlı məsələlərdir”.
MTX zabiti daha sonra deyib ki, belə bir qərar verməsi baş nazirə ictimai etiraz əlaməti kimi görünəcək, onun reallıqla qarşılaşmasına təsir edəcək. O, Nikolun yeni, bacarıqlı qüvvələrə yol açmaq üçün istefa verməsini məqbul sayıb. Erməni mediası öz istəyi ilə işindən uzaqlaşan sözügedən zabitdən fərqli olaraq digər həmkrarlarının elan etmədən, gizli şəkildə işlərini tərk etdiklərini yazıb.
Tural Tağıyev
Azvision.az