Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötdü
  04 Dekabr 2020    Oxunub:1410
Rusiyada son sutka ərzində koronavirusa 27 403 yeni yoluxma qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 402 949 nəfərə çatıb.

Rusiyada son sutkada 569 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 42 176 nəfərdir. İndiyədək 1 888 752 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti