Dərsliklər sinqapurlu mütəxəssislərlə birgə müzakirə ediləcək
Müzakirələrdə Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev, direktor müavini Ülkər Babayeva, Sinqapurun “Alston” nəşriyyat evinin nümayəndəsi Vi Çi Sim, “Marshall Cavendish” nəşriyyat evinin nümayəndəsi Xairi Salehuddin Bin Abdullah və dərslik mütəxəssislərinin iştirakı nəzərdə tutulur. Onlayn tədbirdə bir sıra beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi öyrəniləcək, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulacaq. Həmçinin Təhsil Nazirliyinin Sinqapur ilə əməkdaşlıq çərçivəsində hazırlanması planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir mübadiləsi aparılacaq.
Tədbiri Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləmək mümkün olacaq.
Azvision.az