“Qarabağın kimə məxsus olması BMT qətnamələrində göstərilib” - Peskov
"Bu ərazinin kimə məxsus olması Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə çoxdan müəyyənləşdirilib. Bütün bunlar Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib. Rusiya heç nəyi dəyişməyib. Əslində heç bir ölkə dəyişmədi", - deyə Peskov müharibədən və atəşkəs razılaşmasından sonra Qarabağın statusu məsələsində Rusiyanın münasibətində hər hansı dəyişikliyin ola bilməsi sualını cavablandırarkən deyib.
"Prezident Putin Qarabağın özü-özünü tanımadığını, hətta Ermənistan tərəfindən də tanınmadığını söyləyib. Prezident bu barədə danışıb”, - Kreml sözçüsü əlavə edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Qarabağ