Erməni diplomatlar Paşinyanın istefasını tələb edir

 Erməni diplomatlar Paşinyanın istefasını tələb edir
  04 Dekabr 2020    Oxunub:1874
Erməni diplomatlar baş nazir Nikol Paşinyan və hökumətin istefasını tələb edən birgə bəyanat yayıblar.
Azvision.az xəbər verir ki, diplomatlar hakimiyyətin yürütdüyü xarici siyasətin ölkəni ciddi problemlərlə üzləşdirdiyini bildiriblər.

Onların fikrincə, Rusiya ilə müttəfiqlik münasibətlərinə lazımi diqqət verilmədi, İran, Çin, Gürcüstan ilə tərəfdaşlıqlar, eləcə də ABŞ, Avropa və digər sahələrlə çoxşaxəli əlaqələr fəal şəkildə inkişaf etdirilmədi. Bütün bu amillər birləşərək 9 noyabr tarixində məğlubiyyət sənədinin imzalanmasına səbəb oldu.

Eyni zamanda, keçmiş səfirlər və xüsusi elçilər imzalanan sənədin Dağlıq Qarabağın vəziyyəti, ərazilər, kommunikasiyaların blokadası, əsir və girov götürülənlər, ölənlərin cəsədlərinin mübadiləsi və digər məsələlərlə bağlı bir çox suallar yaratdığını vurğulayıblar.

Qeyd ediblər ki, erməni diplomatlar layiqli danışıqlara zəmin hazırlamaq üçün ciddi iş görməlidirlər.

“Lakin bu, yalnız uğursuz baş nazir və hökumətin istefası halında mümkün olacaq. Bütün xalqın potensialından istifadə edərək və ardıcıl addımlar ataraq Ermənistanı və Qarabağı çətin vəziyyətdən çıxarmaq lazımdır. Məğlubiyyətçi alçaldıcı siyasətin gələcəyi yoxdur".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   İstefa   Diplomat  





Xəbər lenti