Koreya-Azərbaycan 1-ci Humanitar Forumu keçirilir

Koreya-Azərbaycan 1-ci Humanitar Forumu keçirilir
  04 Dekabr 2020    Oxunub:1308
Koreyanın Azərbaycandakı səfirliyi Dongduk Qızlar Universitetinin Avrasiya Türk Araşdırmaları İnstitututu, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitututu və Tarix İnsitututu ilə birgə 1-15 dekabr tarixlərində Koreya-Azərbaycan 1-ci Humanitar Forumunu təşkil edir.
Azvision.az - a səfirlikdən verilən məlumata görə, iki ölkə arasında ilk dəfə təşkil edilən forum türkdilli ölkələrlə Koreya arasında dil, tarix və mədəniyyət baxımından oxşarlıqları və fərqləri müqayisəli şəkildə təhlil etməklə, Koreya və Azərbaycan arasında davamlı mübadilə və əməkdaşlığın əsasını gücləndirməyə xidmət edir.

COVİD-19 ilə əlaqədar olaraq forum onlayn şəkildə təşkil edilir və Avrasiya Türk Araşdırmaları İnstitututunun vebsəhifəsinə daxil olmaqla (link: https://eeurasiaturk.dongduk.ac.kr/bbs/rwdweb) fərqli mövzularda məruzə və debatları izləmək, şərh bölməsindən istifadə etməklə debatlarda iştirak etmək mümkündür.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   Koreya   Forum   Humanitar  





Xəbər lenti