İranda koronavirusdan daha 347 nəfər ölüb

İranda koronavirusdan daha 347 nəfər ölüb
  04 Dekabr 2020    Oxunub:2367
İranda son sutka ərzində 13 min 341 nəfər koronavirusa yoluxub, 347 pasiyent həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 1,6 milyona, pandemiya qurbanlarının sayı isə 49 min 695-ə çatıb. İndiyədək 708 min 106 xəstə sağalaraq evə buraxılıb.

Hazırda 6 minə yaxın pasiyentin vəziyyəti ağır olaraq qalır.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti