Ermənistan əhalisinin yarısı Paşinyanın istefasını istəyir

Ermənistan əhalisinin yarısı Paşinyanın istefasını istəyir
  04 Dekabr 2020    Oxunub:1768
Ermənistan əhalisinin yarısı baş nazir Nikol Paşinyanın istefasını istəyir.
Azvision.az xəbər verir ki, bu barədə “Gallup International Association” assosiasiyasının Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan bildirib.

Onun sözlərinə görə, bununla bağlı vətəndaşlar arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 45,3 faizi Paşinyanın istefasını tələb edir. Respondentlərin 37,8 faizi onun öz postunda qalmasına tərəfdar çıxıb, 16,9 faizi isə suala cavab verməyə çətinlik çəkib.

Bundan əlavə, sorğuda iştirak edənlərin 28,8 faizi növbədənkənar parlament seçkilərinin keçirilməsini birmənalı olaraq zəruri sayıb, 16,9 faizi bunun yaxşı ola biləcəyini hesab edib. Həmçinin, rəyi soruşulan vətəndaşların 14,3 faizi növbədənkənar seçkilərə ehtiyac olmadığını bildirib, 27,2 faizi isə buna qarşı çıxıb.

Qeyd edək ki, noyabrın 25-dən dekabrın 2-dək telefon vasitəsilə keçirilən rəy sorğusunda min nəfər iştirak edib.

Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti