ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti İlham Əliyevi təbrik edib

  04 Dekabr 2020    Oxunub : 1054
   ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti İlham Əliyevi təbrik edib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azvision.az -nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Böyük Qələbə münasibətilə Sizi ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

“Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək” - Ərdoğan
Azərbaycanın işğal edilmiş 20 faiz ərazisi 30 ildən sonra azad edildi. Bu, Azərbaycanın ən yeni tarixində çox əlamətdar hadisə oldu. Bu hadisə Azərbaycan xalqının öz torpağında yaşamaq və işləmək niyyətini göstərdi. Ölkənizdə yüzdən çox millətin, o cümlədən yəhudi xalqının nümayəndələri - dağ, gürcü, rus yəhudiləri böyük bir ailə kimi yaşayır.

Bu Böyük Qələbə Sizin yorulmaz əməyiniz sayəsində uzun illər ərzində formalaşmış mükəmməl xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, həmçinin Azərbaycanın bütün əhalisinin birlik və bərabərliyinin nəticəsidir.

Hörmətli cənab Prezident, yorulmaz fəaliyyətiniz, böyük qətiyyətiniz ilə Siz nəinki müqəddəs torpaqlarınızın düşmən işğalından azad olunmasını təmin etmisiniz, həmçinin atanız, Azərbaycanın böyük oğlu Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş prinsiplərə sədaqəti sübuta yetirərək dünyada həqiqəti və ədaləti bərpa etmisiniz.

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi 1999-cu ildə Nyu-Yorkda yaradılmış və Şimali Amerikada yüzdən çox təşkilat və dini icmanı birləşdirən çoxprofilli təşkilatdır.

Uzun illərdir ki, biz ölkənizin Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlıq edərək Azərbaycan ilə ABŞ arasında xalq diplomatiyasının inkişafında iştirak edirik. Xüsusilə 2012-ci ildə Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın Nyu-Yorkda qastrolları olub. 2020-ci ildə bizim icma, Konqresimizin idarə heyətinin üzvləri Azərbaycanın parlament seçkilərində müstəqil ekspertləri kimi iştirak ediblər, Buxara yəhudiləri bir müddət Bakıda yaşayıb, onların bəziləri hətta yəhudi qəbiristanlığında dəfn olunublar.

Bizim xalqımız Azərbaycanın musiqi mədəniyyətinə, o cümlədən bəstəkar Üzeyir Hacıbəylinin, xanəndə Xan Şuşinskinin yaradıcılığına böyük sevgi ilə yanaşır. Kinodramaturq Rüstəm İbrahimbəyovun, rəssam Abbas Kazımovun, bəstəkar Qara Qarayevin, müğənni Rəşid Behbudovun əsərləri bizim üçün böyük dəyərdir.

2016-cı ildə Nyu-Yorkda “İntibah” buxara-yəhudi teatrının səyləri ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası səhnəyə qoyulub. Bizim şairimiz İlyas Mallayev təkcə tarçı-virtuoz deyil, o, həmçinin Füzuli dilində şerlər yazıb. Müğənnilərimiz - Özbəkistanın Xalq artisti Məhəbbət Şamayeva, Tamara Katayeva ABŞ-da, Avstriyada, İsraildə və Kanadada böyük müvəffəqiyyətlə məşhur Azərbaycan mahnıları ifa edirlər. Azərbaycanın ictimai həyatı və mədəniyyəti, həmçinin onun qəhrəman övladlarının nailiyyətləri barədə doğru məlumatlar icmamızın “The Bukharian Times” qəzetində dərc edilir.

Zati-aliləri, cənab Ali Baş Komandan bir daha Sizi, qardaş Azərbaycan xalqını, şanlı Azərbaycan Ordusunun şəxsi heyətini tarixi Qələbə münasibətilə təbrik edirəm.

Azərbaycanın qələbəsi xəbərinin ölkənin Bayraq Gününə təsadüf etməsi rəmzi məna daşıyır. Qoy, Azərbaycanın üçrəngli bayrağı bütün regionda sülhün dayağı olmuş müstəqil, güclü, qonaqpərvər və səmimi, multietnik və çoxkonfessional Azərbaycanın bütün ərazisində daim dalğalansın!”

Azvision.az

Teqlər: Prezident   Məktub   Təbrik