COVID-19-a yoluxanların sayı 66 milyonu keçdi

COVID-19-a yoluxanların sayı 66 milyonu keçdi
  05 Dekabr 2020    Oxunub:1545
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 66 milyon 230 min 912 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 524 min 457 nəfərdir. İndiyədək 45 milyon 812 min 406 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti