ABŞ hərbi kontingentini bu ölkədən çıxarır
Məlumata görə, ABŞ əsgərləri təxminən 700 nəfərdir, onların Keniya və Cibutiyə yerləşdirilməsi nəzərdə tutulub. Lakin Vaşinqton öz tərəfdaşlarına dəstəyi ekstremist qruplara qarşı mübarizədə də davam etdirmək niyyətindədir.
Pentaqonun açıqlamasında vurğulanıb ki, bu qərar hərbçilərin bir hissəsinin Afrikanın şərqini tərk edə biləcəyi deməkdir. Bununla yanaşı, qüvvələrin qalan hissəsi Somali ilə qonşu ölkələrdə yerləşdiriləcək və onlar Somali ərazisində də əməliyyatlar keçirmək iqtidarında olacaqlar.
Bundan əvvəl Donald Tramp 15 yanvar 2021-ci ilə qədər Amerika qoşunlarının Əfqanıstan və İraqdan geri çəkilməsinə göstəriş verib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: hərbikontingent







Vaxtında, Aydın, Lazımlı!


