Ermənistanda koronavirusdan ölüm sayı 2300-ü keçdi

Ermənistanda koronavirusdan ölüm sayı 2300-ü keçdi
  05 Dekabr 2020    Oxunub:1568
Ermənistanda son sutka ərzində daha 1267 nəfər koronavirusa (COVID-19) yoluxub.
Azvision.az xəbər verir ki, bununla ölkədə virusa yoluxanların sayı 140 959-a yüksəlib.

Son bir gündə Ermənistanda koronavirusdan daha 32 nəfər ölüb, pandemiya qurbanlarının ümumi sayı 2309-a çatıb. Koronavirusa yoluxmuş, lakin başqa səbəbdən ölənlərin sayı 586 nəfərdir.

Hazırda Ermənistanda 21 842 aktiv koronavirus xəstəsi var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  



Xəbər lenti