“Hamının hamıya” prinsipi üzrə razılığa gəlinib - Paşinyan

 “Hamının hamıya” prinsipi üzrə razılığa gəlinib -  Paşinyan
  05 Dekabr 2020    Oxunub:2446
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycanla əsirlərin mübadiləsində “hamının hamıya” prinsipi üzrə razılığa gəlindiyini bildirib.

Azvision.az xəbər verir ki, Paşinyan bu barədə “Facebook”dan etdiyi müraciətdə deyib.
“Ən vacib məsələ əsirlərin geri qaytarılmasıdır. Demək istəyirəm ki, burada müəyyən irəliləyiş var. Faktiki olaraq, "hamının hamıya” mübadiləsi prinsipi razılaşdırılıb”.

Onun sözlərinə görə, söhbət həm Qarabağdakı münaqişənin son gərginləşməsi zamanı, həm də ondan əvvəl əsir düşənlərdən gedir.

Paşinyan 9 noyabrdan bəri 600-dən çox hərbçinin cəsədinin münaqişə zonasından çıxarıldığını, 500 cəsədin şəxsiyyətini müəyyənləşdirmə mərhələsində olduğunu söyləyib.

"Yüksək ehtimalla bunların itkin düşmüş hərbçilərin cəsədləri olduğunu söyləyə bilərik. Şəxsiyyətin müəyyənləşdirilməsi DNT testlərindən istifadə edilərək həyata keçirilir. Bu günə qədər 135 cəsədin şəxsiyyəti müəyyən edilərək qohumlarına təhvil verilib”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: hamınınhamıya  





Xəbər lenti