Rusiyada gündəlik yoluxma rekord həddə çatdı

Rusiyada gündəlik yoluxma rekord həddə çatdı
  05 Dekabr 2020    Oxunub:1744
Rusiyada son sutka ərzində koronavirusa 28 782 yeni yoluxma qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 431 731 nəfərə çatıb.

Rusiyada son sutkada 508 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 42 684 nəfərdir. İndiyədək 1 916 396 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  



Xəbər lenti