VIII Respublika Olimpiadasına start verilir

VIII Respublika Olimpiadasına start verilir
  05 Dekabr 2020    Oxunub:2227
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilən “İstedadların Hazırlığı Laboratoriyas”ı layihəsinin 2020-ci ilin elmi yarışı başlayıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, riyaziyyat, fizika və kimya fənləri üzrə eyni vaxtda keçirilən olimpiadanın on-line turları 12 və 19 dekabr 2020-ci il tarixlərində gerçəkləşəcək

“İstedadların hazırlığı laboratoriyası”nın olimpiada turlarında yalnız 16 yaşadək yeniyetmələr iştirak edə bilərlər. (1 aprel 2005-ci il tarixdən sonra doğulanlar)

İştirak etmək üçün :

- www.istedad.az saytında qeydiyyatdan keçmək lazımdır (İstifadəçi qeydiyyat səhifəsində müvafiq xanaları doldurmalıdır. Bundan sonra istifadəçinin e-mail ünvanına “təsdiq məktubu” daxil olacaq.)
- Məhz bu məktubda göndərilən linki aktivləşdirdikdən sonra istifadəçi öz olimpiada səhifəsinə daxil ola bilər.
- Qeydiyyat zamanı həqiqi e-mail ünvanının qeyd edilməsi vacib şərtdir.

Onlayn turlarında 10 tapşırıq (riyaziyyatdan – 4, fizikadan- 3, kimyadan – 3 tapşırıq) və onların həlli üçün 45 dəqiqə vaxt verilir.
Onlayn olimpiada səhifəsi 12 və 19 dekabr 2020-ci il tarixlərində saat 12.00-dan 13.00-dək aktiv olacaq.

Keçirilən onlayn turlar arasında heç bir əlaqə yoxdur. Online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc 2021-ci ilin yazında Bakıda keçirilməsi planlaşdırılan IV Beynəlxalq Olimpiadasında iştirak edəcək. Qaliblər Diplom və qiymətli hədiyyə ilə təltif ediləcəklər.

Daha ətraflı məlumatı https://azvision.az/redirect.php?url=http://istedad.az/az/olimpiada_tours/ səhifəsindən ala bilərsiniz.
Qaliblərin adları www.istedad.az saytında dərc ediləcək.

Qeydiyyat 3 dekabr 2020-ci il tarixindən başlanır.
Qeydiyyat 19 dekabr 2020-ci il, saat 12:00 bitir.

Azvision.az


Teqlər: Gənclər  





Xəbər lenti