“Qarabağ” - “Qəbələ” oyunu təxirə salındı

“Qarabağ” - “Qəbələ” oyunu təxirə salındı
  05 Dekabr 2020    Oxunub:2309
Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu “Qarabağ”ın heyətində 7 futbolçuda COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün 06.12.2020 tarixdə baş tutmayacaq.
Azvision.az xəbər verir ki, bununla Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınır.

Turun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.

Azvision.az


Teqlər: Qarabağ   Qəbələ   Futbol  





Xəbər lenti