Müxalifət Paşinyana 3 gün vaxt verdi - YENİLƏNİB

 Müxalifət Paşinyana 3 gün vaxt verdi -  YENİLƏNİB
  05 Dekabr 2020    Oxunub:3608
Bu gün Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbilə kütləvi etiraz aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, aksiya iştirakçıları Paşinyana istefaya getməsi üçün 3 gün vaxt veriblər, əks təqdirdə kütləvi aksiyaların dayanmayacağı bildirilib.

***
İrəvandakı Azadlıq meydanında Ermənistanın müxalifət qüvvələrinin baş nazir Nikol Paşinyanın və hökumətin istefasını tələb ilə mitinqi başlayıb.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, meydana xeyli sayda vətəndaş toplanıb.

Mitinqdə mövcud vəziyyətdən çıxmaq üçün "yol xəritəsi" təqdim olunacaq, həmçinin müxalifətin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan çıxış edəcək.

Ermənistanın Kotayk bölgəsinin bir qrup sakini mitinqdə iştirak etmək üçün paytaxta piyada gəlib. İştirakçılar "Nikol xaindir!" şüarını səsləndirirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Mitinq  





Xəbər lenti