Müəllim maaşı son dövrlər ən çox artan əməkhaqlarından biridir. Demək olar ki, ölkə üzrə orta əməkhaqqına çatır.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, müəllimlərin maaşına təsir edən amillər düzgün başa düşülməlidir.
“Çünki bizim təhsil sistemimiz hələ də sovet dövründən qalmış "stavka" sistemi ilə işləyir. Həmin sistem saata bağlıdır. Müəllimlər ona görə aşağı maaş alırlar ki, onların saatları çox yuxarı deyil. Biz son illər təhsil sistemində iki böyük uğura imza atmışıq. Birincisi, şagird-müəllim nisbəti kifayət qədər yaxşılaşıb. Əgər əvvəl hər 8-9 şagirdə bir müəllim düşürdüsə, indi 11 şagirdə 1 müəllim düşür. Müəllimlərin dərs yükü və ödənilən əməkhaqqı da artır. İkincisi isə artıq müəllimlərin maaşı onların motivasiyasına bağlı deyil. Mənə elə gəlir ki, qeyri-maddi həvəsləndirmələrin tətbiqi müəllimlərə daha çox motivasiya verə bilər".
Aytən Zəhra
Azvision.az