Paşinyan etirazçıların üzərinə kursantları göndərir

 Paşinyan etirazçıların üzərinə kursantları göndərir
  05 Dekabr 2020    Oxunub:2408
Bu gün İrəvandakı Azadlıq meydanında baş nazirin istefası tələbilə toplaşan müxalifət qüvvələri mitinqə xeyli sayda tərəfdarlarını çıxara biliblər.
Azvision.az xəbər verir ki, erməni mediası baş nazir Nikol Paşinyanın bundan qorxuya düşərək arzuolunmaz addımlara əl atması barədə məlumat yayıb.

“Mediaport” iddia edir ki, Vazgen Sarkisyan Hərbi Məktəbinin kursantlarına polis geyimləri paylanılıb: “Onlar artıq Paşinyanın istefasını tələb edən insanlara qarşı küçələrə çıxmaq üçün polis geyimləri ilə təmin ediliblər. Prosesi Artsrun Hovhannisyan koordinasiya edir. Bu gün meydanlara baş nazirin istefasını tələb edən 43-45 min insan çıxdı. Hətta ölkənin Yezidi İcması belə etirazlara qoşulub. İnsanlar “Nikol Xaindir” şüarları səsləndirirlər”.

Məlumata görə, bu qədər etirazçının qarşısının alınmasında polisin aciz qalacağından qorxan iqtidar hərbi kursantlardan da dağıdıcı polis kimi istifadə etmək qərarına gəlib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti