“Azərbaycan milli silahlarımızın da töhfəsi ilə Qarabağı azad etdi” - Hulusi Akar

“Azərbaycan milli silahlarımızın da töhfəsi ilə Qarabağı azad etdi” -  Hulusi Akar
  05 Dekabr 2020    Oxunub:4361
Azərbaycan yerli və milli silah sistemlərimizin də töhfəsi ilə 44 gün ərzində Qarabağı işğaldan azad etdi.

Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilk milli helikopter mühərrikinin dizaynı və istehsalı mərkəzinin açılış mərasimində deyib.
Akar bildirib ki, Türkiyə istehsalı silah sistemlərinin effektivliyi azərbaycanlı qardaşlarımızın öz doğma torpaqlarını işğaldan qurtarmaq uğrunda apardığı mübarizədə aydın şəkildə göründü.

“Qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsini böyük uğurla həyata keçirdi və Qarabağı 30 il davam edən Ermənistanın işğalından yerli və milli silah sistemimizin də töhfəsi ilə 44 gündə azad etdi. Bu gün yerli və milli silah sistemlərimizin əməliyyat zamanı həlledici təsirləri bütün dünyada müzakirə olunur və diqqətlə izlənilir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Hulusi-Akar  





Xəbər lenti