“Qarabağda məscidlər təhqir olunub” - Damir Muxetdinov

  “Qarabağda məscidlər təhqir olunub” -    Damir Muxetdinov
  05 Dekabr 2020    Oxunub:3533
Dağlıq Qarabağda təqribən 70 müsəlman məscidinin qayğıya və bərpaya ehtiyacı var.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini Damir Muxetdinov deyib.

Onun sözlərinə görə, Qarabağda bir çox məscidlər təhqir olunub, donuz tövləsinə çevrilib. Divarlarda adlar və ədəbsiz sözlər yazılıb.

D.Muxetdinov bildirib ki, Azərbaycan hökuməti həm müsəlman, həm də xristian ziyarətgahlarını bərpa edəcək: “Mən Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri ilə görüşmüşəm, onlar Azərbaycan hökumətinin dini siyasətini dəstəklədiklərini ifadə ediblər. Ölkə Prezidenti bütün konfessiyaların məbədlərinə qayğı ilə yanaşır. Dövlət müqəddəs yerlərin bərpasına vəsait ayırır”.

Azvision.az


Teqlər: Rusiya   Ruhani   İdarə   Damir-Muxetdinov  





Xəbər lenti