Parisdə ara qarışdı, avtomobillər yandırıldı - YENİLƏNİB

 Parisdə ara qarışdı, avtomobillər yandırıldı -  YENİLƏNİB
  06 Dekabr 2020    Oxunub:3608
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz olaraq aksiyalar davam edir.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün paytaxt Parisdə keçirilən aksiya zamanı nümayişçilərlə polis arasında qarşıdurma yaranıb.

Aksiya iştirakçıları polisə daş atıb, fişənglər yandırıblar. Polis isə etirazçı kütləyə qarşı gözyaşardıcı qazdan istifadə edib.



Axşam saatlarında Parisin mərkəzində yerləşən Qambetta prospektində 3 avtomobil yandırılıb. Ərazidən partlayış səsləri eşidilib, ətrafa qara tüstü yayılıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Məlumata görə, aksiyalardan sonra paytaxtda talanlar başlayıb. Bəzi şəxslər mağazaların şüşələrini və vitrinlərini sındırıblar.



Ölkənin Daxili İşlər Nazirliyinin başçısı Jerald Darmanen Parisdə 22 nəfərin saxlanıldığını bildirib.

Qeyd edək ki, “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə əsasən, xidmət zamanı polis və jandarma əməkdaşlarının görüntülərini lentə almaq qadağan edilir. Qadağanı pozan şəxslər üçün cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.

Etirazçıların fikrincə, yeni qadağa polis zorakılığının artmasına və mətbuat azadlığının məhdudlaşdırılmasına səbəb olacaq.

Azvision.az


Teqlər: Paris   Fransa  





Xəbər lenti