İtaliya səfiri Bərdəyə səfər edib

İtaliya səfiri Bərdəyə səfər edib
  06 Dekabr 2020    Oxunub:2456
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Bərdə şəhərinə səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat verilib.

İtaliyalı diplomat Bərdənin icra başçısı Vidadi İsayevlə görüşüb. O, səfər zamanı Ermənistan ordusunun raket zərbələri nəticəsində ziyan dəyən ərazilərinə baş çəkib.

Səfir, həmçinin Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Bərdədəki regional ofisində olub.

Azvision.az


Teqlər: İtaliya   Səfir  





Xəbər lenti