İranda koronavirusdan ölüm sayı 50 mini keçib

İranda koronavirusdan ölüm sayı 50 mini keçib
  06 Dekabr 2020    Oxunub:2425
İranda son sutka ərzində 12 min 151 nəfər koronavirusa yoluxub, 321 pasiyent həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1,2 milyona, pandemiya qurbanlarının sayı isə 50 min 26-ya çatıb. Bu günədək 719 min 708 xəstə sağalaraq evə buraxılıb.

Hazırda xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5817 xəstənin vəziyyəti ağırdır.

Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti