Ceyms Bondun silahı hərracda satıldı
Süjet xəttinə görə, məhz bu filmdə Bond Berettanı Walther PP-yə dəyişir. Çünki o, Berettanın uğursuzluq gətirəcəyini düşünürdü. Həmin vaxtdan Walther PP xüsusi agentin əsas silahına çevrilir.
Silah gözlənildiyindən baha qiymətə satılıb. Çünki əvvəlcə 150-200 min dollar məbləğində dəyərləndirilmişdi.
Bir müddət əvvəl isə hərraca Bondun "Doktor Nou" filmində ilk sevgilisi, isveçrəli aktrisa Ursula Andressin çimərlik geyimi çıxarılmışdı. Geyim yarım milyon dollar məbləğində dəyərləndirilmişdi.
Qeyd edək ki, çimərlik geyimi ilk dəfə 2001-ci ildə 45 dollara Planet Hollywood restoranlar şəbəkəsinin rəhbəri Robert Erl tərəfindən satın alınmışdı.
Azvision.az
Teqlər: CeymsBond