“Növbəti 4-5 ayda pandemiya ilə mübarizə çətinləşəcək” - Bill Qeyts

 “Növbəti 4-5 ayda pandemiya ilə mübarizə çətinləşəcək” -    Bill Qeyts
  06 Dekabr 2020    Oxunub:2880
“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts koronavirus pandemiyası ilə bağlı xəbərdarlıq edib.
Azvision.az -ın məlumatına görə, Qeyts növbəti 4-5 ayın pandemiya ilə mübarizədə çətin olacağını bildirib.

O, peyvənd istehsalının yaz aylarında artacağını və nəzərəçarpacaq dəyişikliyin yaşanacağını deyib. Onun sözlərinə görə, ABŞ-da 2021-ci ilin yazına qədər həyat normala dönə bilər. Buna baxmayaraq, Qeyts tibbi maska taxmağın və sosial məsafə saxlamağın vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Bill Qeyts koronavirus peyvəndi araşdırmaları üçün bir çox şirkətə milyonlarla dollar sərmayə ayırıb.

Azvision.az



Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti