Kral ailəsinə vaksin vurulacaq

Kral ailəsinə vaksin vurulacaq
  06 Dekabr 2020    Oxunub:1705
Böyük Britaniya kraliçası II Elizabet və həyat yoldaşı Edinburq hersoqu Filipp koronavirusa qarşı peyvənd ediləcək.
Azvision.az xəbər verir ki, bununla bağlı “Daily Mail” məlumat yayıb.

Bildirilir ki, kral ailəsi yaxın həftələrdə ikinci vaksinasiya mərhələsi çərçivəsində COVID-19-a qarşı preparat əldə edəcək.

Vaksinasiyanın ikinci mərhələsi ölkədə 80 yaşdan yuxarı insanların peyvəndlənməsini nəzərdə tutur. İlk mərhələdə isə tibb işçiləri, qocalar evinin sakinləri vaksinasiya ediləcək.

Qeyd edək ki, birinci mərhələyə növbəti həftədən start veriləcək.

Azvision.az



Teqlər: Briyaniya   Kraliça  





Xəbər lenti