Türkiyədə son vəziyyət: Ölü sayı 15 minə çatır

   Türkiyədə son vəziyyət:    Ölü sayı 15 minə çatır
  07 Dekabr 2020    Oxunub:1784
Türkiyədə son sutka ərzində 195 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 6093 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 14 900, virusa yoluxanlar isə 539 291 nəfərə çatıb.

Türkiyədə indiyədək 431 253 pasiyent (son sutkada 4011 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti