Keçmiş prezident xərçəngdən öldü

Keçmiş prezident xərçəngdən öldü
  07 Dekabr 2020    Oxunub:1638
Uruqvayın keçmiş prezidenti Tabare Vaskes 80 yaşında vəfat edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə sabiq dövlət başçısının üzvü olduğu “Geniş Cəbhə” siyasi koalisiyası məlumat yayıb.

Onun onkoloji xəstəlikdən öldüyü bildirilib.

Qeyd edək ki, Tabare Vaskes 2005-2010-cu və 2015-2020-ci illərdə Uruqvayın prezidenti olub.

Azvision.az


Teqlər: TabareVaskes  





Xəbər lenti