COVID-19-a yoluxanların sayı 67 milyonu keçdi

   COVID-19-a yoluxanların sayı 67 milyonu keçdi
  07 Dekabr 2020    Oxunub:1962
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 67 milyonu ötüb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, dünya ölkələri üzrə yoluxma sayı 67 milyon 124 min 397, pandemiya qurbanlarının sayı isə 1 milyon 538 min 325 nəfərə çatıb.

İndiyədək 46 milyon 434 min 257 infeksiya daşıyıcısı xəstəliyə qalib gəlib. Ümumilikdə isə son günlər dünyada koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti