Minskdə etiraz aksiyaları: 300-dən çox şəxs saxlanıldı

 Minskdə etiraz aksiyaları:  300-dən çox şəxs saxlanıldı
  07 Dekabr 2020    Oxunub:1616
Belarusun paytaxtı Minskdə icazəsiz etiraz aksiyalarında iştirak edən 300-dən çox şəxs saxlanılıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Minsk Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərə qarşı “kütləvi tədbirlərin təşkili və ya keçirilməsi qaydalarının pozulması” maddəsi ilə ittiham irəli sürülüb. Onlara qarşı inzibati prosesə başlanılıb.

Məlumata görə, saxlanılan etirazçıların bəziləri bundan əvvəl də qanunsuz aksiyalarda iştirak ediblər.

Azvision.az


Teqlər: Minsk   Etiraz   Aksiya  





Xəbər lenti